You are on page 1of 31

TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ 1

(Dekabr 2006)

Daxil olmaya nəzarət vasitələri (access controls) – operativ rejimli əsas qurğulara, proqramlara və
məlumatlara daxil olmağı məhdudlaşdırmaq üçün müəyyən edilmiş prosedurlar. Daxil olmaya nəzarət
vasitələri “istifadəçinin mötəbərliyi”ndən (həqiqiliyin yoxlanılması) və “istifadəçinin səlahiyyəti”ndən
(daxil olma hüquqlarının verilməsi) ibarətdir. “İstifadəçinin mötəbərliyi” bir qayda olaraq qeydiyyat
xarakterli vahid tanınma işarələri, parollar, daxil olma kartları və ya biometrik məlumatlar vasitəsilə
istifadəçinin eyniləşdirilməsinə xidmət edir. “İstifadəçinin səlahiyyəti” hər bir istifadəçinin daxil ola
biləcəyi kompüter ehtiyatlarını müəyyən edən daxil olma qaydalarından ibarətdir. Belə prosedurlar
xüsusi olaraq aşağıdakı halların qarşısını almaq və ya aşkar etmək üşün işlənib hazırlanmışdır:

(a) Operativ rejimli əsas qurğulara, proqramlara və məlumatlara icazəsiz daxil olma;
(b) Təsdiq edilməmiş məlumatların daxil edilməsi;
(c) Məlumat fayllarının icazəsiz dəyişdirilməsi;
(d) Səlahiyyəti olmayan şəxslərin kompüter proqramlarından istifadə etməsi; və
(e) Təsdiq edilməmiş və icazə verilməmiş kompüter proqramlarından istifadə edilməsi.

İlkin uçot (accounting estimate) – mühasibat uçotunda dəqiq ölçmə üsulları olmadıqda hər hansı bir
bölmənin məbləğinin təqribi olaraq göstərilməsi.

Mühasibat uçotu sənədləri (accounting records – ing.) – Bir qayda olaraq, ilkin mühasibat
qeydlərindən və yardımçı sənədlərdən ibarət olur, məsələn: pul vəsaitlərinin elektron rabitə sistemi ilə
köçürülməsi barədə çeklər və sənədlər; hesab-fakturalar; müqavilələr; əsas və köməkçi baş dəftərlər;
uçot jurnalı qeydləri və maliyyə hesabatlarına edilmiş, lakin formal uçot jurnalının qeydlərində əks
olunmamış digər düzəlişlər; və xərclərin bölüşdürülməsi (aid edilməsi), hesablamalar, müqayisələr və
izahedici məlumatlar üçün nəzərdə tutulmuş iş vərəqləri və iri formatlı cədvəllər.

Mənfi rəy (adverse opinion) – (bax: Dəyişdirilmiş auditor hesabatı)

Razılaşdırılmış prosedurların yerinə yetirilməsi üzrə saziş (agreed-upon procedures engagement) –


auditor tərəfindən iqtisadi subyektlə və müvafiq üçüncü tərəflərlə razılaşdırılmış audit prosedurlarının
yerinə yetirilməsi və əldə edilmiş faktiki məlumatlarla bağlı hesabat verilməsi üşün saziş. Hesabatdan
istifadə edənlər auditor hesabatı əsasında öz rəylərini hazırlamalıdırlar. Hesabat yalnız yerinə yetirilən
prosedurlara razılıq vermiş tərəflərə təqdim edilir, belə ki, prosedurların yerinə yetirilmə səbəbləri ilə
tanış olmayan digər tərəflər onların nəticələrini yanlış şərh edə bilərlər.

Analitik prosedurlar (analytical procedures) – Həm maliyyə, həm də qeyri-maliyyə xarakterli


məlumatlar arasındakı həqiqətə uyğun əlaqələrin öyrənilməsi yolu ilə maliyyə məlumatlarının
qiymətləndirilməsi. Analitik prosedurlar həmçinin digər mühüm məlumatlarla ziddiyyət təşkil edən və

1
Dövlət sektorunda audit tapşırıqları yerinə yetirilərkən bu lüğətdə verilmiş terminlər onların
dövlət sektorunda istifadə edilən ekvivalentlərinə istinad edilərək oxunmalıdır.
Beynəlxalq Audit və Təsdiqetmə Standartları Şurasının qərarlarında mühasibat terminlərinin
göstərilməməsi hallarında Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dərc edilmiş
“Terminlərin izahlı lüğəti”nə istinad edilməlidir.
ya ehtimal olunan nəticələrdən əhəmiyyətli dərəcədə kənarlaşan əlaqələrin və müəyyən edilmiş
dəyişikliklərin tədqiqatını həyata keçirir.

İllik hesabat (annual report) – İqtisadi subyekt tərəfindən, bir qayda olaraq, hər il təqdim edilən
sənədlər. Bu sənədlərə maliyyə hesabatları və müvafiq auditor rəyi daxildir.

Qeyri-adi səhv (anomalous error) – (bax: Auditor seçməsi)

Tətbiq olunan maliyyə hesabatlarının əsas prinsipləri (applicable financial reporting framework) –
auditor tərəfindən iqtisadi subyektin xüsusiyyətləri və maliyyə hesabatının məqsədləri baxımından
məqbul hesab edilən və rəhbərlik tərəfindən maliyyə hesabatlarının hazırlanması üçün qəbul edilmiş və
ya qanunvericiliyin və normativ sənədlərin tələb etdiyi əsas hesabat prinsipləri.

İnformasiya texnologiyasında tətbiqi nəzarət vasitələri (application controls in information


technology) – Adətən, istehsalat (biznes) prosesi səviyyəsində tətbiq olunan avtomatlaşdırılmış və ya
əllə həyata keçirilən prosedurlar. Tətbiqi nəzarət vasitələri xüsusiyyətlərinə görə qabaqlayıcı və ya
aydınlaşdırıcı ola bilər və mühasibat sənədlərinin bütövlüyünü təmin etmək məqsədilə işlənib
hazırlanır. Nəticə etibarilə, tətbiqi nəzarət vasitələri əməliyyatların və ya digər maliyyə məlumatlarının
qeydə alınması, işlənilməsi və onlara dair hesabat verilməsi üçün istifadə olunan prosedurlara aid edilir.

Uyğunluq (appropriateness) – Auditor sübutlarının keyfiyyət ölçüsü, yəni əməliyyat növlərinin, hesab
qalıqlarının, izahedici məlumatların və əlaqədar müddəaların düzgün hesab edilməsində və ya yol
verilmiş səhv və təhriflərin aşkar edilməsində bu sübutların əhəmiyyəti və mötəbərliyi.

Müddəalar (assertions) – Rəhbərlik tərəfindən maliyyə hesabatlarında aydın şəkildə göstərilən və ya


digər formada təsbit edilən ifadələr.

Qiymətləndirmə (assess) – Müəyyən edilmiş risklərin əhəmiyyətini nəzərə almaqla onların təhlil
edilməsi. “Qiymətləndirmə” terminindən şərti olaraq yalnız risklə əlaqədar mövzularda istifadə edilir.
(bax: Dəyərləndirmə)

Köməkçilər (assistants) – Fərdi auditin aparılması üçün auditordan başqa, cəlb edilən heyət.

Aidiyyat (association) – (bax: Auditorun maliyyə məlumatlarına aidiyyatı)

Əminlik (assurance) – (bax: Kafi əminlik)

Əminliyi təmin edən tapşırıq (assurance engagement) – Elə bir tapşırıqdır ki, bu zaman yoxlama
aparan mütəxəssis müzakirə mövzusunun kriteriyalar üzrə qiymətləndirilməsinin və ya ölçülməsinin
nəticələri ilə bağlı cavabdeh tərəfdən başqa, nəzərdə tutulmuş digər istifadəçilərin etimad dərəcəsini
artırmaq üçün hazırlanmış rəyi ifadə etmiş olur. Müzakirə mövzusunun qiymətləndirilməsinin və ya
ölçülməsinin nəticələri dedikdə, kriteriyaların tətbiq edilməsi nəticəsində yaranan məlumatlar başa
düşülür (bax: Müzakirə mövzusu üzrə məlumatlar). “Əminliyi təmin edən tapşırıqların yerinə
yetirilməsinin beynəlxalq prinsipləri”nə görə əminliyi təmin edən tapşırıqların mütəxəssis tərəfindən
yerinə yetirilə bilinən iki növü vardır: kafi aminliyi təmin edən tapşırıq və məhdud əminliyi təmin edən
tapşırıq.
Kafi əminliyi təmin edən tapşırıq (reasonable assurance engagement) – Kafi əminliyi təmin
edən tapşırığın məqsədi onun yerinə yetirilməsi zamanı tapşırığın şərtləri daxilində riskin
qənaətbəxş dərəcədə aşağı səviyyəyədək azaldılmasından, yəni mütəxəssis rəyinin müsbət
formada verilməsi üçün əsasın yaradılmasından ibarətdir.

Məhdud əminliyi təmin edən tapşırıq (limited assurance engagement) – Məhdud əminliyi təmin
edən tapşırığın məqsədi onun yerinə yetirilməsi zamanı tapşırığın şərtləri daxilində riskin
qənaətbəxş dərəcədə aşağı səviyyəyədək azaldılmasından, lakin riskin kafi əminliyi təmin edən
tapşırıqla müqayisədə yüksək olması zamanı mütəxəssis rəyinin mənfi formada verilməsi üçün
əsasın yaradılmasından ibarətdir.

Əminliyi təmin edən tapşırıqla bağlı risk (assurance engagement risk) – Müzakirə mövzusu üzrə
məlumatların əhəmiyyətli dərəcədə təhrif edilməsi hallarında mütəxəssisin müvafiq olmayan rəy
bildirməsi ilə əlaqədar risk.

İştirak (attendance) – Başqaları tərəfindən həyata keçirilən prosesin hamısında və ya bir hissəsində
iştirak etmə; məsələn, fiziki inventarizasiyanın aparılmasında iştirak auditora imkan verir ki, inventarı
müşahidə etsin, hesablamanın aparılması və hesablama nəticələrinin qeydə alınması üçün iqtisadi
subyekt rəhbərliyi tərəfindən tətbiq edilən prosedurların uyğunluğuna nəzarət etsin və aparılmış
hesablamaların düzgünlüyünü yoxlasın.

Auditin sənədləşdirilməsi (audit documentation) – Yerinə yetirilmiş audit prosedurlarının2, əldə edilmiş
müvafiq auditor sübutlarının və auditorun əldə etdiyi nəticələrin qeydə alınması (bəzən “işçi sənədlər”
və ya “iş sənədləri” kimi terminlərdən də istifadə edilir).

Auditor sübutu (audit evidence) – Auditor rəyinin əsasını təşkil edən nəticələrə nail olmaq üçün auditor
tərəfindən istifadə edilən bütün məlumatlar. Auditor sübutları maliyyə hesabatlarının əsasını təşkil edən
mühasibat sənədlərindəki məlumatlardan və digər məlumatlardan ibarətdir.

Auditor təşkilatı (audit firm) – (bax: Təşkilat)

İdarəetmə maraqları ilə bağlı audit məsələləri (audit matters of governance interest) – Maliyyə
hesabatlarının auditi nəticəsində yaranan və auditorun qənaətincə mülkiyyətçinin nümayəndələrinin
hesabat prosesinə və şəffaflığa nəzarət etməsi üçün mühüm və səciyyəvi məsələlər. İdarəetmə
maraqları ilə bağlı audit məsələlərinə yalnız auditor yoxlamasının aparılması zamanı auditorun
diqqətini cəlb edən məsələlər daxildir.

Maliyyə hesabatlarının auditi (audit of financial statements) – Maliyyə hesabatlarının auditinin


məqsədi bu hesabatların bütün aspektlərdə əsas tətbiq prinsiplərinə uyğun olaraq hazırlanması barədə
auditor rəyinin verilməsinə imkanın yaradılmasıdır. Maliyyə hesabatlarının auditi əminliyi təmin edən
audit tapşırıqlarına aiddir (bax: Əminliyi təmin edən tapşırıq).

Auditor rəyi (audit opinion) – (bax: Rəy)

2
300 saylı (“Maliyyə hesabatlarının auditinin planlaşdırılması”) BAS-da göstərildiyi kimi,
yerinə yetirilmiş audit prosedurlarına auditin planlaşdırılması da daxildir.
Audit riski (audit risk) – Audit riski maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi
hallarında auditorun müvafiq olmayan rəy bildirməsi ilə əlaqədar riskdir. Audit riski əhəmiyyətli təhrif
riskinin funksiyasıdır (və ya sadəcə, “əhəmiyyətli təhrif riski”dir, yəni auditor yoxlamasından qabaq
maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi riski) və auditorun belə bir təhrifi aşkar edə
bilməməsi riskidir (“aşkar etməmə riski”). Əhəmiyyətli təhrif riski iki komponentdən ibarətdir: tərkib
riski və nəzarət riski (aşağıdakı müddəa səviyyəsində təsvir edildiyi kimi). Aşkar etməmə riski elə bir
riskdir ki, bu zaman auditor tərəfindən yerinə yetirilən prosedurlar iqtisadi subyekt rəhbərliyinin
müddəalarında mövcud olan və öz-özlüyündə və yaxud digər təhriflərlə birlikdə əhəmiyyətli təhrifləri
aşkar etmir.

Tərkib riski (inherent risk) – Tərkib riski müvafiq daxili nəzarət prosedurlarının olmamasını
qəbul etmək şərtilə müddəaların öz-özlüyündə və yaxud digər təhriflərlə birlikdə əhəmiyyətli ola
biləcək təhriflərə meyilli olmasıdır.

Nəzarət riski (control risk) – Nəzarət riski müddəalarda ortalığa çıxa biləcək və öz-özlüyündə və
yaxud digər təhriflərlə birlikdə əhəmiyyətli ola biləcək təhriflərin iqtisadi subyektin daxili
nəzarət prosedurları tərəfindən vaxtlı-vaxtında qarşısının alınmaması, aşkar edilməməsi və
düzəldilməməsi riskidir.

Auditor seşməsi (audit sampling) – Hesab qalıqlarında və ya əməliyyat qruplarında olan elementlərin
100%-dən az hissəsinə audit prosedurlarının elə qaydada tətbiq edilməsidir ki, bu zaman bütün seçmə
elementlərinin seçilmə imkanı yaranmış olur. Bu, auditora imkan verir ki, nümunənin götürüldüyü
icmal ilə bağlı nəticə formalaşdırmaq və ya onun formalaşdırılmasına kömək etmək üçün seçilmiş
elementlərin ayrı-ayrı xüsusiyyətləri barəsində auditor sübutlarını əldə etsin və qiymətləndirsin.

Qeyri-adi səhv (anomalous error) – Xüsusi olaraq eyniləşdirilə bilən hallardan başqa digər
hallarda təkrarlanmayan təsadüfi hadisədən yaranan və bu səbəbdən icmalda mövcud olan
səhvlərə aid edilməyən səhv.

Etibarlılıq səviyyəsi (confidence levels) – Seçmə riskinin riyazi əlavələri.

Gözlənilən səhv (expected error) – Auditorun icmalın tərkibində olmasını gözlədiyi səhv.

Qeyri-seçmə riski (non-sampling risk) – Auditorun nümunənin həcminə aid olmayan hər hansı
səbəbə görə, yanlış nəticəyə gəlməsinə səbəb olan amillərin təsirindən yaranan risk. Məsələn,
auditor sübutlarının əksəriyyəti əsaslı olmaqdan çox inandırıcı xüsusiyyətə malikdir. Auditor isə
öz növbəsində müvafiq olmayan audit prosedurları tətbiq edə və ya auditor sübutlarını yanlış
şərh edə bilər ki, nəticə etibarilə səhvləri aşkar etməyə bilər.

Qeyri-statistik seçmə (non-statistical sampling) – Statistik seçmənin xüsusiyyətlərinə malik


olmayan hər hansı seçmə metodu.

İcmal (population) – Tərkibindən nümunə götürülən və barəsində auditorun nəticələr əldə etməli
olduğu məlumatlar toplusu. İcmal məlumatlar hər biri ayrılıqda yoxlanılmalı olan qruplara və ya
yarımqruplara bölünə bilər. İcmal məlumatlar terminindən qrup terminini ehtiva etmək üçün
istifadə olunur.

Seçmə riski (sampling risk) – Seçmə (nümunə) əsasında auditor tərəfindən əldə edilmiş nəticənin
eyni audit prosedurunun qalan bütün icmala tətbiq olunması zamanı əldə edilə biləcək nəticədən
fərqlənmə ehtimalı.

Seçmə elementi (sampling unit) – İcmalı təşkil edən ayrı-ayrı komponentlər, məsələn, depozit
blanklarında göstərilən çeklər, bank hesabı üzrə çıxarışda göstərilmiş kredit qeydləri,
kommersiya hesab-fakturaları və ya debet qalıqları, yaxud pul vahidi.

Statistik seçmə (statistical sampling) – Aşağıdakı xüsusiyyətlərə malik istənilən seçmə metodu:

(a) Nümunənin təsadüfi seçilməsi; və

(b) Nümunə nəticələrinin qiymətləndirilməsi üçün ehtimal nəzəriyyəsindən istifadə


edilməsi, o cümlədən nümunənin yoxlanılması riskinin qiymətləndirilməsi.

Qruplara bölmə (stratification) – İcmalın müəyyən qruplardan ibarət, sadə xüsusiyyətlərə malik
olan altqruplara (yarımqruplara) bölünməsi. Bu qruplardan hər biri oxşar xüsusiyyətlərə (daha
çox məbləğcə) malik seçim elementləri qrupundan ibarətdir.

Yol verilən səhv (tolerable error) – Auditorun ehtimalına görə icmalda mövcud ola biləcək
maksimal səhv.

Ümumi səhv (total error) – Kənarlaşma dərəcəsi və ya ümumi təhrif.

Auditor (auditor) – Audit tapşırığı üzrə tərəfdaş. “Auditor” terminindən həm audit tapşırığı üzrə
tərəfdaşı, həm də auditor təşkilatını ifadə etmək üçün istifadə olunur. Audit tapşırığı üzrə tərəfdaşa
münasibətdə bu termin tapşırıq üzrə tərəfdaşın öhdəliklərini və ya vəzifələrini ifadə edir. Belə öhdəlik
və vəzifələr həm audit tapşırığı üzrə tərəfdaş, həm də audit qrupunun üzvü tərəfindən yerinə yetirilə
bilər. Öhdəlik və ya vəzifələrin audit tapşırığı üzrə tərəfdaş tərəfindən yerinə yetirilməsinin aydın
şəkildə nəzərdə tutulması hallarında “auditor” termininin əvəzinə “tapşırıq üzrə tərəfdaş” terminindən
istifadə olunur. (“Auditor” terminindən auditdən fərqli əlaqədar xidmətlərin və əminliyi təmin edən
audit tapşırıqlarının təsvir edilməsi zamanı istifadə oluna bilər. Lakin belə bir əsaslandırma auditdən
fərqli əlaqədar xidmətlər və ya əminliyi təmin edən tapşırığı yerinə yetirən şəxsin iqtisadi subyektin
maliyyə hesabatlarının auditini mütləq surətdə həyata keçirməsini nəzərdə tutmur).

Mövcud auditor (existing auditor) – Cari dövrün maliyyə hesabatlarının auditoru.

Kənar auditor (external auditor) – “Kənar auditor” terminindən, müvafiq olaraq, kənar auditorla
daxili auditoru fərqləndirmək üçün istifadə olunur.

Cari dövrün auditoru (incoming auditor) – Əvvəlki dövrün maliyyə hesabatlarının başqa auditor
tərəfindən yoxlanılması (bu halda cari dövrün auditoru həm də auditor-xələf adlandırılır) və ya
auditin ilkin audit tapşırığı olması hallarında cari dövrün maliyyə hesabatlarının auditoru.
Daxili auditor (internal auditor) – Daxili auditor yoxlaması aparan şəxs.

Başqa auditor (other auditor) – Baş auditor tərəfndən yoxlanılmış maliyyə hesabatlarına daxil
olan komponentin maliyyə məlumatları ilə bağlı rəyin tərtib edilməsinə görə məsuliyyət daşıyan
və ya baş auditordan fərqli auditor. Başqa auditorlara, eyni adı daşıyıb-daşımamasından asılı
olmayaraq, filial təşkilatlar, korrespondentlər, o cümlədən əlaqədar olmayan auditorlar aiddir.

Əvvəlki auditor (predecessor auditor) – İqtisadi subyektin əvvəllər auditoru olmuş, lakin cari
dövrün auditoru ilə əvəz edilmiş auditor.

Baş auditor (principal auditor) – Başqa auditor tərəfindən yoxlanılmış bir və ya daha çox
komponentin maliyyə məlumatlarından ibarət maliyyə hesabatlarına dair rəy vermək öhdəliyini
daşıyan auditor.

Təklif olunan auditor (proposed auditor) – Mövcud auditoru əvəz etmək üçün müraciət edilmiş
auditor.

Auditor-xələf (successor auditor) – Mövcud auditoru əvəz edən auditor (cari dövrün auditoru
kimi də adlandırılır).

Auditorun maliyyə məlumatlarına aidiyyatı (auditor association with financial information) –


Əgər auditor maliyyə məlumatları ilə bağlı rəy və ya hesabat əlavə edirsə və peşəkar kontekstdə
öz adının istifadə olunmasına razılıq verirsə, onun bu məlumatlara aidiyyatı vardır.

Müqayisəli məlumatlar (comparatives) – Maliyyə hesabatlarındakı müqayisəli məlumatlar


məbləğlərdən (məsələn, maliyyə vəziyyəti, əməliyyatların nəticələri, pul vəsaitlərinin axını) və iqtisadi
subyektin birdən çox dövr üçün maliyyə hesabatlarında aşkara çıxarılmış müvafiq məlumatlardan
ibarət ola bilər. Məlumatların ifadə olunmasının əsas prinsipləri və metodları aşağıdakı kimidir:

(a) Müqayisəli göstəricilər – cari dövrün maliyyə hesabatlarının bir hissəsi kimi daxil edilmiş və
əvvəlki dövrün məbləğlərini və aşkara çıxarılmış digər məlumatlarını ifadə edən bu
göstəricilər cari dövrlə əlaqədar (“cari dövrün göstəriciləri” adlandırılır) məbləğlərlə və aşkara
çıxarılmış digər məlumatlarla müqayisə edilmək üçün nəzərdə tutulmuşdur. Müqayisəli
göstəricilər cari dövrün maliyyə hesabatlarının ayrılmaz hissəsi olmaqla, onlar başa çatmış
müstəqil maliyyə hesabatı kimi deyil, yalnız cari dövrün göstəriciləri kontekstində nəzərdən
keçirilməlidir.

(b) Müqayisəli maliyyə hesabatı – əvvəlki dövrün məbləğlərindən və aşkara çıxarılmış digər
məlumatlarından ibarətdir və cari dövrün maliyyə hesabatı ilə müqayisə edilmək üçün təqdim
edilə bilər, lakin cari dövrün maliyyə hesabatlarının bir hissəsini təşkil edə bilməz.

Müqayisəli maliyyə hesabatı (comparative financial statements) – (bax: Müqayisəli məlumatlar)


Maliyyə hesabatının tərtib edilməsi üzrə saziş (compilation engagement) – Maliyyə məlumatlarının
toplanılması, təsnifləşdirilməsi və ümumiləşdirilməsi üçün audit ekspertizasına qarşı mühasibat
ekspertizasından istifadə edilməsini nəzərdə tutan saziş.

Komponent (component) – Maliyyə məlumatları baş auditor tərəfindən yoxlanılmış maliyyə


hesabatlarına daxil edilmiş şöbə, filial, törəmə müəssisə, birgə müəssisə, assosiasiyalı şirkət və ya digər
bir iqtisadi subyekt.

Maliyyə hesabatları komplektinin komponenti (component of a complete set of financial statements) –


Maliyyə hesabatının hazırlanması üçün qəbul edilmiş əsas prinsiplərə görə maliyyə hesabatları
komplektinin tərkibi müəyyən edilmişdir. Maliyyə hesabatları komplektinin tərkibinə aşağıdakılar
daxildir: ayrıca maliyyə hesabatları, konkret hesablar, hesabların tərkib hissələri və ya maliyyə
hesabatlarının bəndləri.

Mühasibat uçotunun əsasını təşkil edən prinsiplər (comprehensive basis of accounting) – Mühasibat
uçotunun əsasını təşkil edən prinsiplər maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən və bütün
əhəmiyyətli elementlər üçün tətbiq edilən, habelə ciddi şəkildə müdafiə edilən kriteriyalardan ibarətdir.

Kompüterləşdirilmiş audit metodları (conputer-assisted audit techniques) – Kompüterdən audit aləti


kimi istifadə etməklə audit prosedurlarının tətbiq edilməsi (həmçinin, CAAT adlandırılır).

Kompüter informasiya sistemləri mühiti (comuter information systems (CİS) enviroment) – İqtisadi
subyektin və ya üçüncü tərəfin istismar edib-etməməsindən asılı olmayaraq, istənilən tipə aid və
ölçülərə malik kompüterin iqtisadi subyektin audit nöqteyi-nəzərindən mühüm hesab edilən maliyyə
məlumatlarının işlənməsi prosesinə cəlb edilməsi zamanı mövcud olur.

Etibarlılıq səviyyəsi (confidence levels) – (bax: Auditor seçməsi)

Təsdiq etmə (confirmation) – Birbaşa üçüncü tərəfdən məlumatların və mövcud vəziyyətin öyrənilməsi
prosesindən ibarət olan xüsusi sorğu növüdür.

Davam edən auditor (continuing auditor) – (bax: Auditor)

Nəzarət fəaliyyəti (control activities) – Rəhbərlik tərəfindən verilən direktivlərin yerinə yetirilməsinə
nəzarət etməyə imkan verən metodlar və prosedurlar. Nəzarət fəaliyyəti daxili nəzarətin bir
elementidir.

Nəzarət mühiti (control environment) – Bura idarəetmə və rəhbərlik funksiyaları, iqtisadi subyektdə
həyata keçirilən daxili nəzarət və onun əhəmiyyəti ilə bağlı mülkiyyətçinin nümayəndələrinin və
rəhbərliyin mövqeyi, məlumatlılığı və hərəkətləri daxildir. Nəzarət mühiti daxili nəzarətin bir
elementidir.

Nəzarət riski (control risk) – (bax: Auditor riski)

Korporativ idarəetmə (corporate governance) – (bax: İdarəetmə)


Müqayisəli göstəricilər (corresponding figures) – (bax: Müqayisəli məlumatlar)

Kriteriyalar (criteria) – Müzakirə mövzusunu qiymətləndirmək və ya müqayisə etmək üçün istifadə


edilən oriyentirlər, o cümlədən təqdim etmə və aşkar etmə üçün oriyentirlər. Kriteriyalar formal və ya
az formal ola bilər. Eyni müzakirə mövzusu üçün müxtəlif kriteriyalar ola bilər. Müzakirə mövzusunun
peşəkar mühakimə konteksti çərçivəsində kifayət qədər əsaslı şəkildə qiymətləndirilməsi və ya
ölçülməsi üçün müvafiq kriteriyalar tələb olunur.

Müvafiq kriteriyalar (suitable criteria) – Aşağıdakı xüsusiyyətləri ifadə edir:

(a) Münasiblik: münasib kriteriyalar nəzərdə tutulmuş istifadəçilər tərəfindən qərarların


verilməsinə imkan yaradır.

(b) Mükəmməllik: audit tapşırığının şərtləri kontekstində nəticələrə təsir göstərə biləcək
amillər nəzərə alınırsa, o zaman kriteriyalar kifayət qədər mükəmməl sayıla bilər.
Mükəmməl kriteriyalar təqdim etmə və aşkar etmə üçün oriyentirlərdən ibarətdir.

(c) Etibarlılıq: etibarlı kriteriyalar müzakirə mövzusunun kifayət qədər əsaslı şəkildə
qiymətləndirilməsinə və ya ölçülməsinə, o cümlədən müvafiq səriştəyə malik
mütəxəssislər tərəfindən analoji hallarda istifadə edildikdə zəruri məlumatların
təqdim edilməsinə və aşkar edilməsinə imkan verir.

(d) Bitərəflik: bitərəf kriteriyalar qərəzsiz nəticələr əldə etməyə imkan verir.

(e) Anlaşılma: anlaşılan kriteriyalar aydın, hərtərəfli və yüksək səviyyədə fərqli


yozumlardan azad nəticələr əldə etməyə imkan verir.

Cari dövrün göstəriciləri (current period figures) – Cari dövrlə bağlı məbləğlər və aşkar edilmiş digər
məlumatlar.

Məlumatar bazası (database) – Müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün paylaşdırılan
və istifadə olunan məlumatlar toplusu.

Maliyyə hesabatının tarixi (date of financial statements) – Maliyyə hesabatının əhatə etdiyi ən son
dövrün başa çatma tarixi; bir qayda olaraq, auditor yoxlamasından keçəcək maliyyə hesabatındakı ən
son balans cədvəlinin tarixi ilə üst-üstə düşür.

Maliyyə hesabatının təsdiq edilmə tarixi (date of approval of the financial statements) – Mötəbər
səlahiyyətlərə malik olan şəxslərin (qurumların) iqtisadi subyektin maliyyə hesabatının tam dəstinin, o
cümlədən müvafiq qeydlərin hazırlandığını və bununla əlaqədar məsuliyyət daşıdıqlarını təsdiq etməsi
tarixidir. Bəzi yurisdiksiyalarda qanunvericilik və ya normativ-hüquqi aktlar tərəfindən fərdlərin və ya
qurumların (məsələn, direktorlar) maliyyə hesabatının tam dəstinin hazırlandığına dair qərar verməyə
cavabdeh olmaları göstərilir və bununla bağlı zəruri təsdiq etmə prosesi müəyyən edilir. Digər
yurisdiksiyalarda təsdiq etmə prosesi qanunvericilik və ya normativ-hüquqi aktlarla müəyyən
edilməmişdir və iqtisadi subyekt maliyyə hesabatının hazırlanmasında və yekunlaşdırılmasında özünün
idarəetmə və rəhbərlik strukturlarını nəzərə almaqla öz prosedurlarını həyata keçirir. Bir sıra
yurisdiksiyalarda isə maliyyə hesabatının ictimaiyyətə açıqlanmasından qabaq onun səhmdarlar
tərəfindən son olaraq təsdiq edilməsi tələb olunur. Belə yurisdiksiyalarda maliyyə hesabatının
səhmdarlar tərəfindən yekun olaraq təsdiq edilməsi auditorun kifayət qədər auditor sübutlarının əldə
edildiyinə qərar verməsi üçün vacib şərt deyil. Beynəlxalq Audit Standartlarının məqsədlərinə uyğun
olaraq, maliyyə hesabatının təsdiq edilmə tarixi mötəbər səlahiyyətlərə malik şəxslərin (qurumların)
maliyyə hesabatının tam dəstinin hazırlanmış olmasını müəyyən etdikləri daha erkən tarixdir.

Auditor hesabatının tarixi (date of the auditor’s report) - Maliyyə hesabatına dair rəyin tarixini
müəyyən etmək üçün auditor tərəfindən seçilən gün, ay və il. Auditor hesabatının tarixi maliyyə
hesabatına dair rəyin formalaşdırılması üçün auditor tərəfindən kifayət qədər münasib auditor
sübutlarının əldə edilməsi tarixindən qabaq müəyyən edilə bilməz 3. Kifayət qədər münasib auditor
sübutlarına iqtisadi subyektin maliyyə hesabatının tam dəstinin hazırlandığına və mötəbər
səlahiyyətlərə malik olan şəxslərin (qurumların) həmin hesabatlar üçün məsuliyyət daşıdıqlarını təsdiq
etməsinə dair sübutlar daxildir.

Maliyyə hesabatlarının dərc olunma tarixi (date the financial statements are issued) – Auditor
hesabatının və yoxlanılmış maliyyə hesabatlarının üçüncü tərəfin istifadəsinə verildiyi tarix. Bir çox
hallarda bu tarix həmin hesabatların səlahiyyətli orqana təqdim edildiyi tarix ola bilər.

Aşkar etməmə riski (detection risk) – (bax: Auditor riski)

Rəy verməkdən imtina (disclaimer of opinion) – (bax: Dəyişdirilmiş auditor hesabatı)

Elektron məlumat mübadiləsi (Electronic Data İnterchange – EDİ) – Sənədlərin maşında oxunan
formada elektron vasitələrlə bir təşkilatdan digərinə göndərilməsi.

İzahedici paraqraf(lar) (emphasis of matter paragraph(s) – (bax: Dəyişdirilmiş auditor hesabatı)

Əməkdaşlarla bağlı dələduzluq (employee fraud) – Auditor tərəfindən yoxlanılan iqtisadi subyektin
yalnız işçilərinin cəlb olunduğu dələduzluq.

Şifrləmə (encryption/cryptography) – Proqramların və məlumatların xüsusi şifr açma alqoritmləri


(kriptoqrafik açarlar) olmadan başa düşülə bilməyəcək formaya çevrilməsi prosesi. Məsələn, icazəsiz
aşkarlanma və dəyişdirilmənin qarşısını almaq üçün əmək haqqı cədvəlləri sistemində olan məxfi
xarakterli şəxsi məlumatlar şifrlənə bilər. Şifrləmə məxfi və həssas proqramların, məlumatların icazəsiz
istifadə edilməsinə və dəyişdirilməsinə qarşı qorunmasını və bununla əlaqədar effektiv nəzarəti təmin
edə bilir. Bununla belə, effektiv təhlükəsizliyin təmin edilməsi kriptoqrafik açarların istifadəsinə
nəzarətin düzgün qaydada həyata keçirilməsindən asılıdır.

Tapşırıq sənədləri (engagement documentation) – Mütəxəssis tərəfindən görülmüş işlərin, əldə edilmiş
nəticələrin və qənaətlərin qeydə alınması (bəzən “işçi sənədlər” və ya “iş sənədləri” terminlərindən
istifadə olunur). Ayrı-ayrı audit tapşırığı üzrə sənədlər həmin tapşırıq üçün nəzərdə tutulmuş qovluqda
toplanılır.

3
Nadir hallarda maliyyə hesabatının hazırlanması prosesində qanunvericilik və normativ-
hüquqi aktlar tərəfindən elə bir məqam müəyyən edilir ki, orada auditin mükəmməl olması
gözlənilir.
Tapşırıq üzrə tərəfdaş (engagement partner) – Auditor təşkilatında tapşırığa və onun yerinə
yetirilməsinə, habelə təşkilat adından təqdim edilən hesabata görə məsuliyyət daşıyan və zəruri hallarda
peşəkar, hüquqi və ya səlahiyyətli təşkilatlar tərəfindən verilmiş müvafiq səlahiyyətə malik tərəfdaş və
ya digər şəxs.

Məktub-saziş (engagement letter) – Məktub-saziş vasitəsilə auditorun təyinatı qəbul etməsi, auditin
məqsədləri və əhatə dairəsi, auditorun müştəri ilə bağlı məsuliyyətinin miqyası və təqdim ediləcək hər
hansı hesabatın forması sənədləşdirilir və təsdiq edilir.

Audit tapşırığının keyfiyyətinə nəzarət (engagement quality control review) – Auditor qrupu tərəfindən
hesabatın təqdim edilməsindən qabaq qrup üzvlərinin irəli sürdüyü mühüm mülahizələrin və auditor
rəyinin formalaşdırılması zamanı əldə edilmiş nəticələrin obyektiv şəkildə qiymətləndirilməsini təmin
etmək üçün nəzərdə tutulan proses.

Audit tapşırığının keyfiyyətinə nəzarət üzrə müşahidəçi-ekspert (engagement quality control reviewer)
- Auditor qrupu tərəfindən hesabatın təqdim edilməsindən qabaq qrup üzvlərinin irəli sürdüyü mühüm
mülahizələrin və auditor rəyinin formalaşdırılması zamanı əldə edilmiş nəticələri obyektiv şəkildə
qiymətləndirmək üçün kifayət qədər və müvafiq təcrübəyə və səlahiyyətlərə malik tərəfdaş, digər
təşkilat üzvü, müvafiq səriştəyə malik kənar şəxs və yaxud belə fərdlərdən təşkil edilmiş qrup.

Tapşırıq qrupu (engagement team) – Audit tapşırığının yerinə yetirilməsi ilə məşğul olan bütün şəxsi
heyət, o cümlədən auditor təşkilatı tərəfindən həmin tapşırığın yerinə yetirilməsi ilə bağlı müqavilə
əsasında cəlb edilmiş ekspertlər.

İqtisadi subyekt üzrə riskin qiymətləndirilməsi prosesi (entity’s rsk assessment process) – Daxili
nəzarətin bir elementini təşkil edən və maliyyə hesabatlarının məqsədləri ilə bağlı biznes risklərin
müəyyən edilməsi və həmin risklərə qarşı tədbirlərin görülməsi və onların nəticələri ilə bağlı qərarların
verilməsi üçün iqtisadi subyekt tərəfindən həyata keçirilən proses.

Ətraf mühit məsələləri (environmental matters) –

(a) Ətraf mühitə vurulan zərərin qarşısını almağa, azaltmağa və ya aradan qaldırmağa yönəldilmiş
və ya bərpa edilə bilən və bərpa edilməyən ehtiyatların konservasiyası ilə bağlı fəaliyyət (belə
fəaliyyət qanunvericiliyə və normativ-hüquqi aktlara və ya müqavilələrə görə tələb edilə və
yaxud könüllü surətdə həyata keçirilə bilər);

(b) Ətraf mühitlə bağlı qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinin pozulmasının


nəticələri;

(c) Başqalarına və ya təbii ehtiyatlara vurulmuş ekoloji zərərin nəticələri; və

(d) Başqaları tərəfindən törədilmiş hərəkətlərə görə qanunla müəyyən edilmiş məsuliyyətin
nəticələri (məsələn, əvvəlki mülkiyyətçilər tərəfindən vurulmuş zərərlərə görə məsuliyyət).
Fəaliyyətin ekoloji göstəricilərinə dair hesabat (environmental performance report) – Maliyyə
hesabatlarından ayrıca tərtib olunan hesabatdır və burada iqtisadi subyektin biznesin ekoloji aspektləri
ilə bağlı üzərinə götürdüyü öhdəliklər, bu sahədə yürütdüyü siyasət və qarşısına qoyduğu hədəflər,
özünün biznes prosesləri ilə ətraf mühit riski arasında əlaqə qurulması istiqamətində əldə etdiyi
nailiyyətlər barədə keyfiyyət xarakterli məlumatlar və fəaliyyətinin ekoloji göstəricilərinə dair
kəmiyyət xarakterli məlumatlar təqdim olunur.

Ətraf mühit riski (environmental risk) - Bəzi hallarda ümumi audit planının hazırlanması üçün tərkib
riskinin qiymətləndirilməsi ilə bağlı amillərə ətraf mühit məsələlərinə görə maliyyə hesabatlarının
əhəmiyyətli dərəcədə təhrif edilməsi riski də daxil edilə bilər.

Səhv (error) – Maliyyə hesabatlarında bilərəkdən edilməyən təhrif, o cümlədən məbləğin və ya


izahedici məlumatın buraxılması (göstərilməməsi).

Dəyərləndirmə (evaluate) – Mövzu üzrə konkret qənaətə gəlmək üçün əlaqədar məsələlərin müəyyən
edilməsi və təhlili, o cümlədən zərurət yarandıqca əlavə prosedurların yerinə yetirilməsi. Konvensiyaya
görə “dəyərləndirmə” terminindən yalnız sübutlar, prosedurların nəticələri və riskə qarşı rəhbərliyin
gördüyü tədbirlərin səmərəliliyi kimi məsələlərlə əlaqədar istifadə edilir (bax: Qiymətləndirmə).

Mövcud auditor (existing auditor) – (bax: Auditor)

Gözlənilən səhv (expected error) – (bax: Auditor seçməsi)

Təcrübəli auditor (experienced auditor) – (a) audit prosesləri, (b) Beynəlxalq Audit Standartları və
tətbiq edilən hüquqi və normativ tələblər, (c) iqtisadi subyektin fəaliyyət göstərdiyi biznes mühiti və (d)
iqtisadi subyektin istehsalatına aid audit və maliyyə hesabatı məsələləri ilə bağlı kifayət qədər anlayışa
malik (auditor təşkilatına daxili və ya xarici bağlılığı olan) şəxs.

Ekspert (expert) – Mühasibat uçotu və ya auditdən fərqli olan xüsusi bir sahədə müstəsna bacarığa,
biliyə və təcrübəyə malik şəxs və ya təşkilat.

Xarici audit (external audit) – Xarici auditor tərəfindən yerinə yetirilən audit.

Xarici auditor (external auditor) – (bax: Auditor)

Kənar təsdiqetmə (external confirmation) – Maliyyə hesabatında rəhbərlik tərəfindən göstərilmiş


müddəalara təsir edən xüsusi məsələ haqqında məlumat almaq üçün verilmiş sorğuya cavab olaraq,
üçüncü tərəflə birbaşa əlaqə yaratmaqla auditor sübutlarının əldə edilməsi və dəyərləndirilməsi prosesi.

Ədalətli dəyər (fair value) – Məlumatlı, könüllü tərəflər arasında bağlanan kommersiya sövdələşməsi
üzrə aktivlərin mübadilə edilməsi və ya öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə dəyərin müəyyən
edilməsi.

Maliyyə hesabatları (financial statements) – Bir qayda olaraq, mühasibat sənədlərindən çıxarılmış və
maliyyə hesabatlarının əsas prinsiplərinə uyğun olaraq, müəyyən bir zaman kəsiyində müəssisənin
iqtisadi ehtiyatları və ya öhdəlikləri barədə məlumatları və ya müəyyən bir dövr üçün əlaqədar
dəyişiklikləri özündə əks etdirən qoşma fakturalardan ibarətdir. Bu termin maliyyə hesabatlarının tam
dəstinə aid edilə bilər, lakin o, həmçinin ayrıca maliyyə hesabatına, məsələn, balans cədvəlinə və ya
gəlir və xərclər haqqında hesabata və müvafiq izahedici qeydlərə də aid edilə bilər.

Şəbəkələrarası mühafizə (firewall) – Qlobal hesablama şəbəkəsini (WAN), lokal hesablama şəbəkəsini
(LAN) və ya kompüteri internet vasitəsilə icazəsiz daxil olmalardan və qeyri-qanuni, zərərli
proqramların, məlumatların və ya elektron formada olan digər materialların yerləşdirilməsindən
qoruyan aparatların və proqram təminatının kombinasiyası.

Təşkilat (firm) – Peşəkar mühasiblərdən ibarət tərəfdaşlıq və ya birlik və yaxud digər iqtisadi subyekt,
habelə təkbaşına fəaliyyət göstərən mütəxəssis-praktik.

Proqnoz (forecast) – Rəhbərliyin fikrincə gələcəkdə baş verəcək hadisələrlə bağlı ehtimallar və
həmçinin məlumatların hazır olacağı tarixdə rəhbərlik tərəfindən görüləcək tədbirlər əsasında
hazırlanmış perspektiv xarakterli maliyyə məlumatları (ən yaxşı qiymətləndirmə metodundan istifadə
edilməklə irəli sürülmüş ehtimallar).

Dələduzluq (fraud) – Fırıldaq və aldatma yolu ilə haqsız və ya qeyri-qanuni mənfəət əldə etmək üçün
iqtisadi subyektin rəhbərliyi, mülkiyyətçinin nümayəndələri və işçilər arasından bir və ya bir neçə
nəfərin və ya üçüncü tərəfin qabaqcadan düşünülmüş hərəkəti. Qabaqcadan düşünülmüş təhrifin
auditora aidiyyatı olan iki növü vardır: yanlış maliyyə hesabatı nəticəsində baş verən təhriflər və
aktivlərin qeyri-qanuni mənimsənilməsi nəticəsində baş verən təhriflər (bax: Yanlış maliyyə hesabatları
və Aktivlərin qeyri-qanuni mənimsənilməsi).
Yanlış maliyyə hesabatları (fraudulent financial reporting) – Maliyyə hesabatlarının istifadəçilərini
aldatmaq məqsədilə qabaqcadan düşünülmüş təhriflərdən, maliyyə hesabatlarında məbləğlərin və
izahedici qeydlərin göstərilməməsi kimi səhvlərdən ibarətdir.

İnformasiya texnologiyasının ümumi idarəetmə elementləri (general İT controls) – Bir çox tətbiqi
proqramlarla bağlı olan və informasiya sistemlərinin fasiləsiz düzgün işləməsini təmin etməkdə
yardımçı olaraq tətbiqi idarəetmə modullarının effektiv fəaliyyətinə zəmin yaradan qaydalar və
prosedurlar. İT-nin ümumi idarəetmə elementlərinə, bir qayda olaraq, məlumat toplama mərkəzi və
şəbəkə əməliyyatları; proqram sistemi təminatının əldə edilməsi, dəyişdirilməsi və texniki xidmətin
göstərilməsi; daxil olma təhlükəsizliyi; tətbiqi sistemin əldə edilməsi, yaradılması və xidmətin
göstərilməsi ilə bağlı idarəetmə elementləri daxildir.

Ümumi təyinatlı maliyyə hesabatları (general purpose financial statements) – Maliyyə hesabatlarının
əsas prinsiplərinə uyğun olaraq və geniş istifadəçi kütləsinin ümumi məlumat təlabatını qarşılamaq
üçün hazırlanmış maliyyə hesabatları.

Fasiləsizlik prinsipi (going concern assumption) – Bu prinsipə görə, qanunvericilik və ya normativ-


hüquqi aktlara uyğun olaraq ləğv olunma və kommersiya fəaliyyətinin dayandırılması ilə bağlı hər
hansı bir təşəbbüs və ya zərurət yaratmadan və yaxud kreditorlardan müdafiə axtarışlarını labüd
etmədən iqtisadi subyektin gələcək biznes fəaliyyətini davam etdirməsi ehtimal olunur. Beləliklə,
iqtisadi subyektin normal biznes fəaliyyəti gedişində öz aktivlərini reallaşdıra bilməsi və öz
öhdəliklərini yerinə yetirə bilməsi ehtimalı əsas götürülərək, aktivlər və öhdəliklər qeydə alınır.
İdarəetmə (governance) – İqtisadi subyektin idarə edilməsi, nəzarət və müşahidə funksiyaları həvalə
edilmiş şəxslərin rolunu təsvir edir. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli
şəxslər (qurumlar) və ya başqa sözlə, mülkiyyətçinin nümayəndələri iqtisadi subyektin qarşısına
qoyduğu məqsədlərə çatmasını təmin etməyə və maraqlı tərəflər qarşısında maliyyə və digər
hesabatların verilməsinə görə məsuliyyət daşıyırlar. Mülkiyyətçinin nümayəndələrinə yalnız o halda
rəhbərlik daxil edilir ki, onlar həmin funksiyaları həyata keçirmiş olurlar.

Dövlət sifarişli müəssisələr (government business enterprises) – Bir qayda olaraq, dövlət və cəmiyyət
maraqlarına xidmət edən və dövlət sektorunda fəaliyyət göstərən biznes təşkilatları. Onlardan, bir
qayda olaraq, kommersiya fəaliyyəti ilə məşğul olmaq, yəni onların fəaliyyət xərclərinin əhəmiyyətli
hissəsini təşkil edən istifadəçilərin ödənişlər vasitəsilə gəlir əldə etmək və ya xərclərin yerini
doldurmaq tələb olunur.

Cari dövrün auditoru (incoming auditor) – (bax: Auditor)

Müstəqillik4 (independence) – Aşağıdakılardan ibarətdir:

(a) Düşüncə sərbəstliyi – Peşəkar mühakimələri nüfuzdan salan təsirlərə məruz qalmadan fikir və
ya rəy formalaşdırmağa və səmimiyyətlə hərəkət etməyə, habelə obyektivlik və peşəkar
şəkkaklıq nümayiş etdirməyə imkan verən əhval-ruhiyyə.

(b) Zahirən müstəqillik – Kifayət qədər əhəmiyyətli faktların və halların qarşısının alınmasından
ibarətdir ki, bu zaman şüurlu və məlumatlı üçüncü tərəf bütün aidiyyatı məlumatlardan, o
cümlədən tətbiq edilmiş hər hansı ehtiyat tədbirlərindən xəbərdar olaraq təşkilatın və ya qrup
üzvünün səmimiliyinin, obyektivliyinin və ya peşəkar şəkkaklığının etibardan düşməsi
qənaətinə gəlmiş olur.

Maliyyə hesabatları ilə əlaqədar informasiya sistemi (information system relevant to financial
reporting) – Maliyyə hesabatları sistemini özündə ehtiva edən və iqtisadi subyektin əməliyyatlarını
(habelə hadisələri və şərtləri) qeydə almaq, təhlil etmək və onlara dair hesabat vermək və əlaqədar
aktivlər, öhdəliklər və xüsusi kapital üzrə məsuliyyəti təmin etmək üçün yaradılmış prosedurlardan və
sənədlərdən ibarət olan daxili nəzarət elementidir.

Tərkib riski (inherent risk) – (bax: Auditor riski)

İlk audit tapşırığı (initial audit engagement) – Maliyyə hesabatlarının ilk dəfə yoxlanıldığı və ya
əvvəlki dövr üzrə maliyyə hesabatlarının başqa auditor tərəfindən yoxlanılmış olduğu audit tapşırığı.

Sorğu (inquiry) – Sorğu maliyyə və qeyri-maliyyə xarakterli məlumatlar əldə etmək məqsədilə iqtisadi
subyekt daxilində və ya ondan kənar məlumatlı şəxslərə müraciət etməkdən ibarətdir.

Təftiş (inspection) (audit proseduru olaraq) – Daxili və xarici mənşəli qeydlərin və sənədlərin və ya
maddi aktivlərin öyrənilməsi.

4
Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Peşəkar Mühasiblər üçün Peşə Etikası
Məcəlləsinə uyğun olaraq.
Təftiş (başa çatdırılmış audit tapşırıqları ilə əlaqədar olaraq) – Tapşırıq qrupları tərəfindən auditor
təşkilatının keyfiyyətə nəzarət prinsiplərinə və prosedurlarına riayət edilməsinə dair sübutların təqdim
edilməsi üçün işlənib hazırlanmış prosedurlar.

Nəzərdə tutulmuş istifadəçilər (intended users) – Mütəxəssis tərəfindən hazırlanan hesabatların


ünvanlandığı şəxs, şəxslər və ya şəxslər kateqoriyası.

Aralıq maliyyə məlumatları və ya hesabatları (interim financial information or statements) – Maliyyə


dövrü ilə bağlı aralıq tarixlərdə (adətən, yarımillik və ya rüblük) bəyan edilmiş maliyyə məlumatı
(yuxarıda göstərildiyi kimi, maliyyə hesabatlarının tam dəstindən az ola bilər).

Daxili audit (internal auditing) – İqtisadi subyektin daxilində yaradılan və onun fəaliyyətini ekspertiza
edən xidmətlərdən biri. Daxili auditin funksiyalarına digərləri ilə yanaşı, həm də daxili nəzarətin
adekvatlığını və səmərəliliyini yoxlamaq, qiymətləndirmək və monitorinqini həyata keçirmək daxildir.

Daxili auditor (internal auditor) – (bax: Auditor)

Daxili nəzarət (internal control) – Maliyyə hesabatlarının mötəbərliyi, əməliyyatların səmərəliliyi və


məhsuldarlığı, habelə qanunvericilik və normativ-hüquqi aktlara uyğunluğu xüsusunda iqtisadi
subyektin qarşısına qoyduğu məqsədlərə çatmasına dair kafi əminliyi təmin etmək üçün iqtisadi
subyektin mülkiyyətçilərinin nümayəndələri, rəhbərliyi və digər heyəti tərəfindən işlənib hazırlanmış
və həyata keçirilən proses. Daxili nəzarət aşağıdakı elementlərdən ibarətdir:

(a) Nəzarət mühiti;

(b) İqtisadi subyektin risklərinin qiymətləndirilməsi prosesi;

(c) İnformasiya sistemi, o cümlədən maliyyə hesabatlarına aid olan əlaqədar biznes prosesləri və
kommunikasiya;

(d) Nəzarət fəaliyyətləri; və

(e) Nəzarət vasitələrinin monitorinqi.

Araşdırma (investigate) – Digər prosedurların nəticəsi olaraq yaranan məsələlərin həll edilməsi üçün
təhqiqatın aparılması.

İnformasiya Texnologiyaları mühiti (İT environment) – Biznes əməliyyatlarını təmin etmək və biznes
strategiyalarını reallaşdırmaq üçün iqtisadi subyektin həyata keçirdiyi prinsiplər və prosedurlar, istifadə
etdiyi İT infrastrukturu (aparat təminatı, əməliyyat sistemləri və s.) və tətbiqi proqramları.

Məhdud əminliyi təmin edən tapşırıq (limited assurance engagement) – (bax: Əminliyi təmin edən
tapşırıq).

Auditin həcminin məhdudlaşdırılması (limitation on scope) – Auditorun fəaliyyət dairəsinin


məhdudlaşdırılması bəzi hallarda iqtisadi subyekt tərəfindən müəyyən edilə bilər (məsələn, audit
müqaviləsinin şərtlərinə görə, auditorun zəruri olmasına inandığı audit prosedurlarını yerinə
yetirməyəcəyi müəyyən edildikdə). Məhdudlaşdırma həmçinin müəyyən hallarla əlaqədar ola bilər
(məsələn, auditorun təyin edilməsi elə bir zaman seçiminə əsaslanır ki, onun fiziki inventarizasiyanın
həyata keçirilməsinə nəzarət etməsi qeyri-mümkündür). Auditorun rəyində iqtisadi subyektin
mühasibat sənədlərinin tələblərə uyğun gəlməməsi göstərildikdə və ya auditorun faydalı olacağına
inandığı audit prosedurunu yerinə yetirə bilməməsi hallarında da məhdudlaşdırma ortalığa çıxa bilər.

Siyahıya alınmış iqtisadi subyekt5 (listed entity) – Səhmləri, qiymətli kağızları və ya borcları tanınmış
fond birjasında qiymətləndirilən və ya qeydiyyata alınan və yaxud tanınmış fond birjasının və ya ona
ekvivalent qurumun normaları əsasında satılan iqtisadi subyekt.

Lokal Hesablama Şəbəkəsi (Local Area Network – LAN) – Qapalı coğrafi ərazi daxilindəki
istifadəçilərə xidmət edən rabitə şəbəkəsi. Bu şəbəkələr müəyyən bir təşkilat daxilində resursların, o
cümlədən məlumatların, proqram təminatının, yaddaş vasitələrinin, printerlərin və telekommunikasiya
avadanlığının mübadilə edilməsini və bölüşdürülməsini asanlaşdırmaq üçün işlənib hazırlanmışdır.
Onlar üçün desentralizasiya edilmiş hesablama nəzərdə tutulmuşdur. Lokal şəbəkələrin əsas
elementləri: ötürücü mühit və proqram təminatı, istifadəçi terminalları və ümumi istifadə edilən
periferiya qurğularıdır.

Rəhbərlik (management) – Ali rəhbərlik funksiyalarını icra edən vəzifəli şəxslərdən və digər şəxslərdən
ibarətdir. Rəhbərliyə yalnız o halda mülkiyyətçinin nümayəndələri daxil edilir ki, onlar həmin
funksiyaları həyata keçirmiş olurlar.

Rəhbərliklə bağlı dələduzluq (management fraud) – Rəhbərliyin və ya mülkiyyətçinin


nümayəndələrindən birinin və ya bir neçəsinin cəlb olunduğu dələduzluq.

Rəhbərlik tərəfindən təqdim olunan məlumatlar (management representations) – Audit gedişində


rəhbərlik tərəfindən şəxsi təşəbbüs əsasında və ya auditorun ayrı-ayrı sorğularına cavab olaraq təqdim
edilən məlumatlar.

Əhəmiyyətli uyğunsuzluq (material inconsistency) – Digər bir məlumatın yoxlanılmış maliyyə


hesabatlarında olan məlumatlarla ziddiyyət təşkil etməsindən irəli gəlir. Əhəmiyyətli uyğunsuzluq
auditorun keçmişdə toplanmış auditor sübutlarına əsasən əldə edilmiş nəticələrin dürüstlüyü, habelə
maliyyə hesabatları haqqında auditor rəyinin əsaslandırılması ilə bağlı şübhələr oyada bilər.

Faktın əhəmiyyətli dərəcədə təhrifi (material misstatement of fact) – Yoxlanılmış maliyyə


hesabatlarının məzmunu ilə əlaqədar olmayan digər məlumatların yanlış ifadə edilməsindən və ya
təqdim edilməsindən irəli gəlir.

Əhəmiyyətli çatışmazlıq (material weakness) – Daxili nəzarətin maliyyə hesabatlarına əhəmiyyətli təsir
göstərə biləcək zəif cəhətləri.

5
Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Peşəkar Mühasiblər üçün Peşə Etikası
Məcəlləsinə uyğun olaraq.
Əhəmiyyətlilik (materiality) – İnformasiya o halda əhəmiyyətli hesab edilir ki, onun göstərilməməsi və
ya təhrif edilməsi maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir edə
bilir. Əhəmiyyətliliyin səviyyəsi məlumatların göstərilməməsinin və ya təhrif edilməsinin konkret
hallarında qiymətləndirilmiş göstəricinin (maddənin) və ya səhvin həcmindən asılıdır. Beləliklə,
əhəmiyyətlilik məlumatların faydalı olması üçün vacib olan ilkin keyfiyyət xarakteristikasından çox
başlanğıc və ya son nöqtəni ifadə edir.

Aktivlərin qeyri-qanuni mənimsənilməsi (misappropation of assests)- İqtisadi subyektin aktivlərinin


oğurlanmasından ibarətdir və daha çox işçilər tərəfindən nisbətən kiçik və əhəmiyyət kəsb etməyən
həcmlərdə törədilir. Bununla belə, mənimsənilmə, belə halları aşkar edilməsi çətin olan yollarla
maskalamaq və ört-basdır etmək imkanlarına daha çox malik olan rəhbərlik tərəfindən də törədilə bilər.

Təhrif (misstatement) – Yalan və ya səhv nəticəsində maliyyə hesabatlarının təhrif edilməsi (bax:
Dələduzluq və Səhv).
Dəyişdirilmiş auditor hesabatı (modified auditor’s report) – Əgər auditor tərəfindən təqdim olunan
hesabata izahedici paraqraflar əlavə edilirsə və ya auditorun rəyi şərtsiz deyilsə, o, dəyişdirilmiş hesab
edilir:

Auditor rəyinə təsir göstərməyən məsələlər

İzahedici paraqraf(lar) (emphasis of matter paragraph(s) – Maliyyə hesabatlarına təsir edən


və ətraflı müzakirə məqsədilə həmin hesabatlardakı qeydə daxil edilmiş məsələni ön plana
çəkmək üçün auditor hesabatına izahedici paraqraflar əlavə edilə və beləliklə də həmin
hesabat dəyişdirilə bilər. Belə izahedici paraqraf(lar)ın əlavə edilməsi auditor rəyinə təsir
etmir. Auditor həmçinin maliyyə hesabatlarına təsir etməyən digər məsələlər barəsində də
məlumat vermək üçün izahedici paraqraf(lar)dan istifadə edərək, auditor hesabatını dəyişdirə
bilər.

Auditor rəyinə təsir göstərən məsələlər

Şərti müsbət rəy (qualified opinion) – Auditor sərti-müsbət rəyi o zaman bildirir ki, auditor
şərtsiz (qəti) müsbət rəyin verilə bilməyəcəyi qənaətinə gəlmiş olur, lakin bununla belə,
iqtisadi subyektin rəhbərliyi ilə hər hansı fikir ayrılığının təsiri və ya audit mühitinin
məhdudlaşdırılması mənfi rəyin verilməsinə və ya rəy verməkdən imtina edilməsinə gətirib
çıxaracaq dərəcədə əhəmiyyətli və geniş miqyaslı deyil.

Rəy verməkdən imtina (disclaimer of opinion) – Rəy verməkdən imtina edilməsi audit
mühitinin məhdudlaşdırılmasının o dərəcədə əhəmiyyətli və geniş miqyaslı təsiri ilə
əlaqədardır ki, bu zaman auditor kifayət qədər auditor sübutları əldə etmək və müvafiq olaraq,
maliyyə hesabatına dair rəy vermək iqtidarında olmur.

Mənfi rəy (adverse opinion) – Mənfi rəyin verilməsi maliyyə hesabatına dair fikir ayrılığının o
dərəcədə əhəmiyyətli və geniş miqyaslı təsiri ilə əlaqədardır ki, bu zaman auditor təhrifləri və
ya maliyyə hesabatının natamamlığını üzə çıxarmaq üçün şərti müsbət rəyin verilməsinin
məqsədəuyğun olmaması qənaətinə gəlmiş olur.
Monitorinq (monitoring) (keyfiyyətə nəzarətlə əlaqədar olaraq) – Təşkilatın keyfiyyətə nəzarət
sisteminin fasiləsiz təhlilindən və qiymətləndirilməsindən, o cümlədən başa çatdırılmış tapşırıqların
seçilməsinin mütəmadi olaraq yoxlanmasından ibarət olan və keyfiyyətə nəzarət sisteminin səmərəli
fəaliyyəti ilə bağlı təşkilatın kifayət qədər əminlik əldə etməsi üçün işlənib hazırlanmış proses.

Nəzarət vasitələrinin monitorinqi (monitoring of controls) – Zaman keçdikcə, daxili nəzarətin


səmərəliliyinin qiymətləndirilməsi prosesi. Buraya vaxtaşırı olaraq nəzarət vasitələrinin
formalaşdırılması və fəaliyyətinin qiymətləndirilməsi, habelə şərait dəyişikliklərinə uyğun olaraq,
düzəliş xarakterli zəruri tədbirlərin görülməsi daxildir. Nəzarət vasitələrinin monitorinqi daxili
nəzarətin bir elementidir.

Milli təlimatlar (audit üzrə) (national practices (auditing) – Səlahiyyətli orqan tərəfindən milli
səviyyədə müəyyən edilmiş standartların təsir gücünə malik olmayan və auditorlar tərəfindən bir qayda
olaraq auditin, yoxlamanın, digər əminliyi təmin edən və əlaqədar xidmətlərin yerinə yetirilməsində
tətbiq edilən təlimatlar dəsti.

Milli standartlar (audit üzrə) (national standards (auditing) – Qanunvericilik və normativ-hüquqi


aktlarla və ya səlahiyyətli orqan tərəfindən milli səviyyədə müəyyən edilmiş və auditin, yoxlamanın,
digər əminliyi təmin edən və əlaqədar xidmətlərin yerinə yetirilməsində məcburi surətdə tətbiq edilən
standartlar dəsti.

Şəbəkəyə daxil olan təşkilat6 (network firm) – Təşkilatla birlikdə ümumi idarəçiliyə, mülkiyyətə və
rəhbərliyə malik iqtisadi subyekt və ya bütün aidiyyatı məlumatlardan xəbərdar olan şüurlu və
məlumatlı üçüncü şəxs tərəfindən kifayət qədər əsaslı olaraq milli və ya beynəlxalq səviyyədə təşkilatın
bir hissəsi kimi hesab edilən hər hansı bir iqtisadi subyekt.

Riayət etməmə (noncompliance) – Yoxlanılan iqtisadi subyektin qəsdən və ya bilməyərəkdən qüvvədə


olan qanunvericilik və normativ-hüquqi aktların pozulmasına yönəlmiş fəaliyyəti və ya fəaliyyətsizliyi.

Qeyri-seçmə riski (non-sampling risk) – (bax: Auditor seçməsi)

Qeyri-statistik seçmə (non-statistical sampling) – (bax: Auditor seçməsi)

Müşahidə (observation) – Başqaları tərəfindən yerinə yetirilən prosesin və ya prosedurların gözdən


keçirilməsindən ibarətdir, məsələn, iqtisadi subyektin işçiləri tərəfindən aparılan inventarizasiyanın və
ya həyata keçirilən nəzarət prosedurlarının müşahidə edilməsi.

İlkin qalıq (opening balances) – Hesabat dövrünün əvvəlinə olan hesab qalıqları. İlkin qalıqları əvvəlki
dövrün yekun qalıqlarına əsaslanır və əvvəlki dövrlərin əməliyyatlarının nəticələrini və əvvəlki dövrdə
tətbiq edilmiş uçot siyasətini əks etdirir.

Rəy (opinion) – Auditor hesabatı, bir qayda olaraq, maliyyə hesabatlarına dair aydın şəkildə ifadə
edilmiş rəydən ibarət olur. Auditor tərəfindən şərtsiz müsbət rəy o zaman verilir ki, auditor maliyyə

6
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Peşəkar Mühasiblər üçün Peşə Etikası
Məcəlləsi uyğun olaraq.
hesabatlarının əsas prinsiplərinə uyğun olaraq maliyyə hesabatının bütün aspektlərdə düzgün və tam
təsəvvür yaratması qənaətinə gəlsin. (bax: Dəyişdirilmiş auditor hesabatı).

Başqa auditor (other auditor) – (bax: Auditor)

Sair məlumatlar (other information) – Qanunvericiliyə və ya müəyyən edilmiş qaydaya uyğun olaraq
illik hesabata daxil edilmiş maliyyə və ya qeyri-maliyyə xarakterli məlumatlar (maliyyə
hesabatlarından və ya auditor hesabatından fərqli).

Auditin ümumi strateqiyası (overall audit strategy) – Auditin əhatə dairəsini, müddətini və istiqamətini
müəyyən edir və daha ətraflı audit planının hazırlanmasını tənzimləyir.

Tərəfdaş (partner) – Peşəkar xidmətlərin göstərilməsi üzrə sövdələşmənin həyata keçirilməsi üçün
təşkilat ilə əməkdaşlıq etmək səlahiyyətinə malik hər hansı bir şəxs.

Fərdi kompüterlər (həmçinin mikrokompüterlər) (PCs or personal computers) (also referred to as


microcomputers) – Bir qayda olaraq, monitordan (vizual təsvir qurğusu), kompüterin elektron
hissələrinin yerləşdiyi qutudan və klaviaturadan (və “siçan”dan) ibarət olan və iqtisadi cəhətdən sərfəli,
habelə geniş imkanlara malik ümumi təyinatlı avtonom kompüterlər. Bütün bu imkanlar portativ
kompüterlərdə də (noutbuklar) nəzərdə tutula bilər. Proqramlar və məlumatlar kompüterin daxilində
yerləşən sərt diskdə və ya çıxarıla bilən yaddaş vasitələrində, məsələn, kompakt disklərdə və ya floppi
disklərdə saxlanıla bilər. Fərdi kompüterlər operativ rejimli şəbəkələrə, printerlərə və digər cihazlara,
məsələn, skanerlərə və modemlərə birləşdirilə bilər.

Heyət (personal) – Tərəfdaşlar və işçilər

Planlaşdırma (planning) – Audit riskini yol verilən aşağı səviyyəyə qədər azaltmaq məqsədilə audit
tapşırığı üçün ümumi audit strategiyasının yaradılmasından və audit planının tərtib edilməsindən
ibarətdir.

İcmal (population) – (bax: Auditor seçməsi)

Hesabat tarixindən sonrakı hadisələr (post balance sheet events) – (bax: Sonrakı hadisələr)

Mütəxəssis-praktik (practitioner) – İctimai-hüquqi praktikada peşəkar mühasib.

Əvvəlki auditor (predecessor auditor) – (bax: Auditor)

Baş auditor (principal auditor) – (bax: Auditor)

Peşəkar mühasib7 (professional accountant) – BMF-nin (IFAC) üzv-komitəsinin üzvü olan şəxs.

7
Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Peşəkar Mühasiblər üçün Peşə Etikası
Məcəlləsinə uyğun olaraq.
İctimai-hüquqi praktikada peşəkar mühasib8 (professional accountant in public practice) –
Təşkilatdakı fəaliyyət təsnifatından (məsələn, audit, vergi və ya konsaltinq) asılı olmayaraq, peşəkar
xidmətlər təqdim edən peşəkar mühasib. İctimai-hüquqi praktikada bu termin həmçinin peşəkar
mühasiblər təşkilatına da şamil edilir.

Peşəkar şəkkaklıq (professional skepticism) – Şübhəli düşüncə tərzindən və sübutların tənqidi


qiymətləndirilməsindən ibarətdir.

Peşəkar standartlar (professional standards) – Beynəlxalq Audit və Keyfiyyət Təminatı Standarları


üzrə Şuranın (IAASB) “Keyfiyyətə nəzarət, audit, təhlil xarakterli yoxlamalar, mötəbərliyin təmin
edilməsi və əlaqədar xidmətlər üzrə beynəlxalq standartlara giriş” kontekstində göstərilmiş audit
tapşırıqları ilə bağlı standartlar və bir qayda olaraq, BMF-nin (IFAC) Peşəkar Mühasiblər üçün Peşə
Etikası Məcəlləsinə A və B bölmələrindən ibarət olan müvafiq etik tələblər və müvafiq milli etik
tələblər.

Proqramlaşdırmaya nəzarət vasitələri (proqramming controls) – Operativ rejimli əsas qurğular


vasitəsilə kompüter proqramlarına edilən yanlış dəyişikliklərin aşkar edilməsi və qarşısının alınması.
Nəzarət vasitələrinin köməyi ilə, məsələn, ayrıca əməliyyat və proqram yaratma kitabxanalarından,
xüsusi proqramlar kitabxanasına aid proqram təminatından istifadə etməklə, bu proqramlara müdaxilə
məhdudlaşdırıla bilər. Operativ rejimdə proqramlara edilən dəyişikliklərin müvafiq qaydada
sənədləşdirilməsi, idarə edilməsi və onlara nəzarətin həyata keçirilməsi vacibdir.

Perspektiv qiymətləndirmə (projection) – Aşağıdakılara əsasən hazırlanan perspektiv maliyyə


məlumatları:

(a) Baş verəcəyi gözlənilməyən gələcək hadisələr və rəhbərlik tərəfindən atılacaq addımlar
haqqında mülahizəyə əsaslanan ehtimallar, məsələn, bəzi iqtisadi subyektlərin fəaliyyətlərinin
ilkin mərhələdə olması və ya öz əməliyyatlarının xüsusiyyətlərini əhəmiyyətli dərəcədə
dəyişməyi nəzərdə tutması hallarında olduğu kimi; və ya

(b) Ən yaxşı qiymətləndirmə metodundan istifadə edilməklə irəli sürülmüş ehtimallara və


fərziyyəyə əsaslanan ehtimalların məcmusu.

Təklif olunan auditor (proposed auditor) – (bax: Auditor)

Perspektiv maliyyə məlumatları (prospective financial information) – Gələcəkdə baş verə biləcək
hadisələr və iqtisadi subyektin rəhbərliyi tərəfindən görüləcək mümkün tədbirlər haqqında ehtimallara
əsaslanan maliyyə məlumatları. Perspektiv maliyyə məlumatları proqnoz, perspektiv qiymətləndirmə
və ya hər ikisinin kombinasiyası şəklində ola bilər (bax: Proqnoz və Perspektiv qiymətləndirmə).

Dövlət sektoru (public sector) – Milli hökumətlər, regional (məsələn, ştat, əyalət, ərazi) hökumətlər,
yerli (məsələn, şəhər, qəsəbə) hökumətlər və müvafiq hökumət təşkilatları (məsələn, agentliklər,
komitələr, komissiyalar və müəssisələr).

8
Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Peşəkar Mühasiblər üçün Peşə Etikası
Məcəlləsinə uyğun olaraq.
Şərti müsbət rəy (qualified opinion) – (bax: Dəyişdirilmiş auditor hesabatı)

Keyfiyyətə nəzarət vasitələri (quality controls) – Auditor təşkilatının və onun şəxsi heyətinin peşəkar
standartlara və hüquqi tələblərə riayət etməsi və təşkilat tərəfindən və ya audit tapşırığı üzrə tərəfdaşlar
tərəfindən təqdim edilmiş hesabatların uyğunluğu ilə bağlı kifayət qədər əminliyi təmin etmək üçün
işlənib hazırlanmış və auditor təşkilatı tərəfindən qəbul edilmiş prinsiplər və prosedurlar.

Kafi əminlik (keyfiyyətə nəzarət kontekstində) (reasonable assurance) – Yüksək, lakin mütləq olmayan
əminlik səviyyəsi.

Kafi əminlik (audit tapşırığı kontekstində) – Yoxlanılan məlumatlarda əhəmiyyətli təhriflərin


olmamasına dair auditor hesabatında əsaslandırılmış əminlik formasında ifadə edilən yüksək, lakin
mütləq olmayan əminlik səviyyəsi.

Kafi əminliyi təmin edən tapşırıq (reasonable assurance engagement) – (bax: Əminliyi təmin edən
tapşırıq)

Yenidən hesablama (recalculation) – Sənədlərin və qeydlərin riyazi dəqiqliyinin yoxlanmasından


ibarətdir.

Əlaqəli tərəf (related party) – Hər hansı bir tərəf aşağıdakı şərtlər çərçivəsində iqtisadi subyeklə:

(a) Birbaşa və ya bir, yaxud da bir neçə vasitəçinin köməyi ilə dolayı əlaqədədir və həmin tərəf:

(i) İqtisadi subyektə nəzarət edir, onun nəzarəti altındadır və ya ümumi idarəçiliyi
altındadır (buraya ana şirkətlər, filial şirkətlər və filial təşkilatlar daxildir);

(ii) İqtisadi subyekt üzərində əhəmiyyətli təsir imkanları verən paya malikdir; və ya

(iii) İqtisadi subyekt üzərində birgə nəzarətə malikdir;

(b) Tərəf iqtisadi subyektin assosiasiyalı şirkətidir (“Assosiasiyalı şirkətlərdə sərmayələr”, 28


saylı BMHS-yə uyğun olaraq);

(c) Tərəf birgə müəssisədir və burada iqtisadi subyekt tərəfdaşdır (bax: “Birgə Müəssisələrdə
Paylar”, 31 saylı BMHS)

(d) Tərəf iqtisadi subyektin və ya onun ana şirkətinin əsas rəhbər heyətinin üzvüdür.

(e) Tərəf (a) və ya (d) bəndlərində göstərilmiş hər hansı bir şəxsin ailəsinin yaxın üzvüdür;

(f) Tərəf birbaşa və ya dolayı olaraq (d) və ya (e) bəndlərində göstərilmiş hər hansı bir şəxsin
nəzarətində, birgə nəzarətində və ya əhəmiyyətli təsiri altında olan və yaxud səs hüququnun
əhəmiyyətli bir hissəsi həmin şəxsdə olan iqtisadi subyektdir; və ya
(g) Tərəf iqtisadi subyektin və ya onunla əlaqəli olan hər hansı başqa iqtisadi subyektin işçilərinə
müavinətlərin verilməsi üzrə məşğulluq sonrası ödəniş sistemidir.

Əlaqəli tərəflər arasında sövdələşmə (related party transaction) – Dəyərin müəyyən edilib-
edilməməsindən asılı olmayaraq, əlaqəli tərəflər arasında ehtiyatların, xidmətlərin və ya öhdəliklərin
birindən digərinə ötürülməsi.

Əlaqədar xidmətlər (related services) – Razılaşdırılmış prosedurlardan və maliyyə hesabatlarının tərtib


edilməsindən ibarətdir.

Yenidən icra etmə (reperformance) – İlkin olaraq iqtisadi subyektin daxili nəzarətinin bir hissəsi kimi
fiziki və ya kompüterləşdirilmiş audit metodlarından istifadə edilməklə yerinə yetirilmiş prosedurların
və ya nəzarət vasitələrinin auditor tərəfindən müstəqil qaydada icra edilməsi.

Cavabdeh tərəf (responsible party) – O şəxsdir (və ya şəxslərdir) ki:

(a) Birbaşa hesabat vermə tapşırığında müzakirə mövzusuna cavabdehdir; və ya

(b) Müddəalara əsaslanan tapşırıqda müzakirə mövzusu üzrə məlumatlara (müddəalara) və ola
bilsin, müzakirə mövzusuna cavabdehdir.

Cavabdeh tərəf mütəxəssis cəlb edən tərəf ola və ya olmaya bilər.

Təhlil (keifiyyətə nəzarətlə əlaqədar olaraq) (review) – Yerinə yetirilmiş işin keyfiyyətini və
başqalarının əldə etdiyi nəticələri qiymətləndirmə.

Təhlil etmə tapşırığı (review engagement) – Bu tapşırığın məqsədi ondan ibarətdir ki, auditor audit
zamanı tələb olunan həcmdə auditor sübutlarını təqdim etməyən prosedurlar əsasında maliyyə
hesabatının hər cəhətdən əsas hesabat prinsiplərinə müvafiq qaydada hazırlanmış olması ilə bağlı
şübhələnməyə əsas verə biləcək heç bir şeyin onun diqqətini cəlb etmədiyini təsdiq edə bilsin.

Təhlil prosedurları (review prosedures) – Təhlil etmə tapşırığının məqsədlərinə, iqtisadi subyektin
heyətinin əsas sorğularına və maliyyə məlumatları üçün tətbiq olunan analitik prosedurlara cavab
verməsi zəruri hesab edilən prosedurlar.

Riskin qiymətləndirilməsi prosedurları (risk assessment prosedures) – İqtisadi subyekti və onu əhatə
edən mühiti, o cümlədən həyata keçirilən daxili nəzarəti dərk etmək, maliyyə hesabatlarında və iqtisadi
subyekt rəhbərliyinin müddəalarında əhəmiyyətli təhrif risklərini qiymətləndirmək üçün yerinə
yetirilən audit prosedurları.

Əhəmiyyətli təhrif riski (risk of material misstatement) – (bax: Audit riski)

Seçmə riski (sampling riski) – (bax: Auditor seçməsi)

Seçmə elementi (sampling unit) – (bax: Auditor seçməsi)


Auditin həcmi (scope of an audit) – Auditorun mülahizəsinə görə və Beynəlxalq Audit Standartlarına
əsaslanaraq, auditin məqsədlərinə nail olmaq üçün müvafiq hesab edilən audit prosedurları.

Təhlilin həcmi (scope of a review) – Verilmiş şərtlərdə təhlilin məqsədlərinə nail olmaq üçün müvafiq
hesab edilən təhlil prosedurları.

Auditin əhatə dairəsi (scope limitation) – (bax: Audit həcminin məhdudlaşdırılması)

Seqmentlər üzrə məlumatlar (segment information) – İqtisadi subyektin fərqləndirilə bilinən


komponentləri və ya istehsalat və coğrafi aspektlərlə bağlı maliyyə hesabatında verilmiş məlumatlar.

Əhəmiyyət (significance) – Kontekstdən götürülmüş məsələnin nisbi mühümlüyü. Məsələnin


əhəmiyyəti mütəxəssis tərəfindən nəzərdən keçirilən kontekstdə müəyyən edilir. Buraya, misal üçün,
həmin məsələnin dəyişməsi və ya mütəxəssis hesabatından istifadə edənlərin qərarlarına təsir etməsi
perspektivi; və ya başqa bir misal olaraq, bu kontekstin məsələ ilə bağlı iqtisadi subyektin ali
rəhbərliyinə məlumatın bildirilib-bildirilməməsinə dair, onların həmin məsələni öz vəzifələrinə
münasibətdə mühüm hesab edib-etməməsinə dair mülahizənin olması halları daxil edilə bilər.
Əhəmiyyət nisbi kəmiyyət, müzakirə mövzusuna təsir etmə, nəzərdə tutulmuş istifadəçilərin və ya
ünvan sahiblərinin ifadə edilmiş maraqları kimi kəmiyyət və keyfiyyət amilləri kontekstində nəzərdən
keçirilə bilər.

Əhəmiyyətli risk (significant risk) – Xüsusi auditor mülahizəsi tələb edən risk.

Kiçik iqtisadi subyekt (small entity) – Elə bir iqtisadi subyektdir ki, orada:

(a) Mülkiyyət hüququ və rəhbərlik az sayda şəxslərin (daha çox bir fərdin) əlində cəmləşmişdir;

(b) Aşağıdakılardan biri və ya bir neçəsi mövcuddur:

(i) Az miqdarda gəlir mənbəyi;

(ii) Sadə uçot; və

(iii) Məhdud daxili nəzarət vasitələri, o cümlədən rəhbərlik tərəfindən nəzarət


vasitələrinin nəzərə alınmaması potensialı.

Kiçik subyektlər, bir qayda olaraq, (a) bəndindəki əlamətləri və (b) bəndində olan bir və ya bir neçə
əlaməti nümayiş etdirir.

Xüsusi məqsədli auditor hesabatı (special purpose auditor’s report) – Maliyyə məlumatlarının
müstəqil auditi ilə əlaqədar təqdim edilmiş və maliyyə hesabatlarına dair auditor hesabatından fərqli
hesabat, o cümlədən:

(a) Mühasibat uçotunun əsasını təşkil edən prinsiplərə uyğun olaraq hazırlanmış maliyyə
hesabatlarının tam dəsti;
(b) Ümumi məqsədli və ya xüsusi məqsədli maliyyə hesabatlarının tam dəstinə aid element,
məsələn, ayrıca maliyyə hesabatı, konkret hesablar, hesabların tərkib hissələri və ya maliyyə
hesabatının bəndləri;

(c) Müqavilələrə uyğunluq; və

(d) İcmal maliyyə hesabatları.

İşçi ştatı (staff) – Tərəfdaşlar nəzərə alınmamaqla digər peşəkarlar, o cümlədən auditor təşkilatının işə
götürdüyü ekspertlər.

Statistik seçmə (statistical sampling) – (bax: Auditor seçməsi)

Qruplara bölmə (stratification) – (bax: Auditor seçməsi)

Müzakirə mövzusu üzrə məlumatlar (subject matter information) – Müzakirə mövzusunun


dəyərləndirilməsindən alınan nəticə. Mütəxəssis-praktik öz hesabatında rəyin verilməsi üçün kifayət
qədər əsaslandırmanı təmin edəcək müvafiq sübutları məhz həmin məlumatlara əsasən toplayır.

Sonrakı hadisələr (subsequent events) – 10 saylı BMHS “Hesabat tarixindən sonrakı hadisələr”
maliyyə hesabatının tərtib edilmə tarixi (BMHS-də “balans hesabatının tarixi” kimi göstərilir) ilə
maliyyə hesabatının dərc olunmaq üçün imzalanması tarixi arasında baş verən əlverişli və əlverişsiz
hadisələrin təfsirinə həsr edilir və həmin hadisələrin iki növünü müəyyən edir:

(a) Maliyyə hesabatlarının tərtib edildiyi tarixə mövcud olan şərtlər barədə əlavə sübutlar təqdim
edən hadisələr;

(b) Maliyyə hesabatlarının tərtib edildiyi tarixdən sonra yaranan şərtlərə işarə edən hadisələr.

Mahiyyəti üzrə prosedurlar (substantive prosedures) – İqtisadi subyekt rəhbərliyinin müddəaları


səviyyəsində əhəmiyyətli təhrifləri aşkar etmək üçün yerinə yetirilən prosedurlar; onlara aiddir:

(a) Əməliyyatların, hesab qalıqlarının və izahedici məlumatların ətraflı öyrənilməsi üçün testlər

(b) Mahiyyəti üzrə analitik prosedurlar.

Auditor-xələf (successor auditor) – (bax: Auditor)

Kafilik (sufficiency) – Kafilik auditor sübutunun kəmiyyət xüsusiyyətidir. Təhrif riski və auditor
sübutlarının keyfiyyəti bu sübutların miqdarına təsir göstərir.

Münasib kriteriyalar (suitable criteria) – (bax: Kriteriyalar)

Müvafiq səriştəli kənar şəxs (1 saylı Beynəlxalq keyfiyyətə nəzarət standartının (ISQC1) məqsədlərinə
uyğun olaraq) (suitably qualified external person) – Audit təşkilatına daxil olmayan, lakin tapşırıq üzrə
tərəfdaş kimi hərəkət etmək qabiliyyətinə və səriştəsinə malik şəxs, məsələn, başqa bir təşkilatın
tərəfdaşı və ya tarixi maliyyə məlumatlarının auditini və təhlilini həyata keçirə bilən, habelə əminliyi
təmin edən və ya əlaqədar xidmətlər üzrə tapşırıqları yerinə yetirə bilən heyətə malik peşəkar
mühasibat təşkilatının və yaxud keyfiyyətə nəzarətlə bağlı müvafiq xidmətlər təqdim edən təşkilatın
işçisi.

İcmal maliyyə hesabatları (summarized financial statements) – Yalnız iqtisadi subyektin fəaliyyətinin
nəticələrinə və maliyyə vəziyyətinə dair əsas göstəricilərlə maraqlanan istifadəçi qruplarını
məlumatlandırmaq məqsədini daşıyan və yoxlanılmış illik maliyyə hesabatlarının ümumiləşdirilmiş
forması olan maliyyə hesabatı.

Əlavə məlumatlar (supplemantary information) – Maliyyə hesabatları ilə birlikdə təqdim olunan və
maliyyə hesabatlarının hazırlanması üçün tətbiq edilən əsas hesabat prinsiplərinə görə tələb olunmayan
məlumatlar. Bir qayda olaraq, əlavə cədvəllərdə və ya qeydlərdə təqdim edilir.

Auditor fəaliyyətinin mərkəzi tənzimləmə orqanı (Supreme Audit İnstitution) – Mövcud qanunvericiliyə
uyğun olaraq, dövlətin ən yüksək auditor funksiyasını həyata keçirmək üçün müəyyən edilmiş, təsis
edilmiş və ya yaradılmış orqan.

Testdən keçirmə (test) – İcmala daxil olan elementlərin bir hissəsinə və ya hamısına prosedurların
tətbiq edilməsi.

Nəzarətlə bağlı həyata keçirilən testlər (tests of control) – İqtisadi subyekt rəhbərliyinin mülahizələri
səviyyəsində əhəmiyyətli təhriflərin qarşısının alınmasında, aşkar edilməsində və düzəldilməsində
nəzarət vasitələrinin səmərəliliyinə dair auditor sübutları əldə etmək üçün həyata keçirilən testlər.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər (qurumlar) (those charged with
governance) – (bax: İdarə etmə)

Yol verilən səhv (tolerable error) – (bax: Auditor seçməsi)

Ümumi səhv (total error) – (bax: Auditor seçməsi)

Əməliyyat jurnalları (transaction logs) – Müəyyən vaxt ərzində hayata keçirilən hər bir əməliyyata dair
nəzarət jurnalının yaradılması üçün işlənib hazırlanmış hesabatlar. Belə hesabatlar daha çox
əməliyyatla əlaqədar mənbələrin (terminal, zaman və istifadəçi), o cümlədən əməliyyat haqqında ətraflı
məlumatların sənədləşdirilməsinə xidmət edir.

Qeyri-müəyyənlik (uncertainty) – İqtisadi subyektin birbaşa nəzarəti altında olmayan gələcək


hərəkətlərdən və ya hadisələrdən asılı olan, lakin onun maliyyə hesabatlarına təsir edən nəticələr
yaradan məsələ.

İqtisadi subyektin və onun mühitinin dərk edilməsi (understanding of the entity and its environment) –
İqtisadi subyektin və onun mühitinin auditor tərəfindən dərk edilməsi aşağıdakı aspektləri özündə
birləşdirir:
(a) İstehsalat amilləri, tənzimləyici və digər xarici amillər, o cümlədən maliyyə hesabatlarının
tətbiq olunan əsas prinsipləri.

(b) İqtisadi subyektin xüsusiyyətləri, o cümlədən iqtisadi subyekt tərəfindən uçot siyasətinin
seçilməsi və tətbiqi.

(c) Qarşıya qoyulmuş məqsədlər və strategiyalar, habelə maliyyə hesabatlarında əhəmiyyətli


təhriflərə səbəb olan əlaqədar biznes riskləri.

(d) İqtisadi subyektin fəaliyyətinin maliyyə nəticəsinin ölcülməsi və təhlil edilməsi.

(e) Daxili nəzarət.

Şərtsiz müsbət rəy (unqualified opinion) – (bax: Rəy)

Hərtərəfli yoxlama (walk-through test) – Bir neçə əməliyyatın maliyyə hesabatlarının tərtib edilməsi
sistemindən keçməsinin izlənməsi.

Qlobal şəbəkə (Wide Area Network) – Məlumatların geniş bir ərazidə, məsələn, istehsalat
meydançaları, şəhərlər və dövlətlər arasında ötürülməsinə xidmət edən rabitə şəbəkəsi. Qlobal
şəbəkələr (WAN) tətbiqi proqramların kənarda yerləşən terminallar vasitəsilə interaktiv istifadəsinə
imkan verir. Qlobal şəbəkə vasitəsilə bir çox lokal şəbəkənin (LAN) qarşılıqlı əlaqəsi yaradıla bilər.

İşçi sənədlər (working papers) – Auditor yoxlamasının həyata keçirilməsi ilə əlaqədar olaraq, auditor
tərəfindən və ya auditor üçün hazırlanmış, əldə edilmiş və saxlanılmış materiallar. İşçi sənədlər
kağızda, plyonkada, elektron və digər vasitələrdə saxlanılan məlumat formasında ola bilər.
Terminlərin Azərbaycan dilinə tərcüməsi barədə Əlavə

Access controls – daxil olmaya nəzarət vasitələri


Accounting estimate – ilkin uçot
Accounting records – ing. – mühasibat uçotu sənədləri
Adverse opinion – mənfi rəy
Agreed-upon procedures engagement – razılaşdırılmış prosedurların yerinə yetirilməsi üzrə saziş
Analytical procedures – analitik prosedurlar
Annual report – illik hesabat
Anomalous error – qeyri-adi səhv
Applicable financial reporting framework – tətbiq olunan maliyyə hesabatlarının əsas prinsipləri
Application controls in information technology – informasiya texnologiyasında tətbiqi nəzarət
vasitələri
Appropriateness – uyğunluq
Assertions – müddəalar
Assess – qiymətləndirmə
Assistants – köməkçilər
Association – aidiyyat
Assurance – əminlik
Assurance engagement – əminliyi təmin edən tapşırıq
Reasonable assurance engagement – kafi əminliyi təmin edən tapşırıq
Limited assurance engagement – məhdud əminliyi təmin edən tapşırıq.
Assurance engagement risk – əminliyi təmin edən tapşırıqla bağlı risk
Attendance – iştirak
Audit documentation – auditin sənədləşdirilməsi
Audit evidence – auditor sübutu
Audit firm - auditor təşkilatı
Audit matters of governance interest – idarəetmə maraqları ilə bağlı audit məsələləri
Audit of financial statements – maliyyə hesabatlarının auditi
Audit opinion – auditor rəyi
Audit risk – audit riski
İnherent risk – tərkib riski
Control risk – nəzarət riski
Audit sampling – auditor seçməsi
Anomalous error – qeyri-adi səhv
Confidence levels – etibarlılıq səviyyəsi
Expected error – gözlənilən səhv
Non-sampling risk – qeyri-seçmə riski
Non-statistical sampling – qeyri-statistik seçmə
Population – icmal
Sampling risk – seçmə riski
Sampling unit – seçmə elementi
Statistical sampling – statistik seçmə
Stratification – qruplara bölmə
Tolerable error – yol verilən səhv
Total error – ümumi səhv
Auditor – auditor
Existing auditor – mövcud auditor
External auditor – kənar auditor
İncoming auditor – cari dövrün auditoru
İnternal auditor – daxili auditor
Other auditor – başqa auditor
Predecessor auditor – əvvəlki auditor
Principal auditor – baş auditor
Proposed auditor – təklif olunan auditor
Successor auditor – auditor-xələf
Auditor association with financial information – auditorun maliyyə məlumatlarına aidiyyatı
Comparatives – müqayisəli məlumatlar
Comparative financial statements – müqayisəli maliyyə hesabatı
Compilation engagement – maliyyə hesabatının tərtib edilməsi üzrə saziş
Component – komponent
Component of a complete set of financial statements – maliyyə hesabatları komplektinin komponenti
Comprehensive basis of accounting – mühasibat uçotunun əsasını təşkil edən prinsiplər Conputer-
assisted audit techniques – kompüterləşdirilmiş audit metodları
Comuter information systems (CİS) enviroment – kompüter informasiya sistemləri mühiti
Confidence levels – etibarlılıq səviyyəsi
Confirmation – təsdiq etmə
Continuing auditor – davam edən auditor
Control activities – nəzarət fəaliyyəti
Control environment – nəzarət mühiti
Control risk – nəzarət riski
Corporate governance – korporativ idarəetmə
Corresponding figures – müqayisəli göstəricilər
Criteria – kriteriyalar
Suitable criteria – müvafiq kriteriyalar
Current period figures – cari dövrün göstəriciləri
Date of financial statements – maliyyə hesabatının tarixi
Date of approval of the financial statements – maliyyə hesabatının təsdiq edilmə tarixi
Date of the auditor’s report – auditor hesabatının tarixi
Date the financial statements are issued – maliyyə hesabatlarının dərc olunma tarixi
Detection risk – aşkar etməmə riski
Disclaimer of opinion – rəy verməkdən imtina
Electronic Data İnterchange – EDİ – elektron məlumat mübadiləsi
Emphasis of matter paragraph(s) – izahedici paraqraf(lar)
Employee fraud – əməkdaşlarla bağlı dələduzluq
Encryption/cryptography – şifrləmə
Engagement documentation – tapşırıq sənədləri
Engagement partner – tapşırıq üzrə tərəfdaş
Engagement letter – məktub-saziş
Engagement quality control review – audit tapşırığının keyfiyyətinə nəzarət
Engagement quality control reviewer - audit tapşırığının keyfiyyətinə nəzarət üzrə müşahidəçi-ekspert
Engagement team – tapşırıq qrupu
Entity’s rsk assessment process – iqtisadi subyekt üzrə riskin qiymətləndirilməsi prosesi
Environmental matters – ətraf mühit məsələləri
Environmental performance report – fəaliyyətin ekoloji göstəricilərinə dair hesabat
Environmental risk – ətraf mühit riski
Error – səhv
Evaluate – dəyərləndirmə
Existing auditor – mövcud auditor
Expected error – gözlənilən səhv
Experienced auditor – təcrübəli auditor
Expert – ekspert
External audit – xarici audit
External auditor – xarici auditor
External confirmation – kənar təsdiqetmə
Fair value – ədalətli dəyər
Financial statements – maliyyə hesabatları
Firewall – şəbəkələrarası mühafizə
Firm – təşkilat
Forecast – proqnoz
Fraud – dələduzluq
Fraudulent financial reporting – yanlış maliyyə hesabatları
General İT controls – informasiya texnologiyasının ümumi idarəetmə elementləri
General purpose financial statements – ümumi təyinatlı maliyyə hesabatları
Going concern assumption – fasiləsizlik prinsipi
Governance – idarəetmə
Government business enterprises – dövlət sifarişli müəssisələr
İncoming auditor – cari dövrün auditoru
İndependence – müstəqillik
İnformation system relevant to financial reporting – maliyyə hesabatları ilə əlaqədar informasiya
sistemi
İnherent risk – tərkib riski
İnitial audit engagement – ilk audit tapşırığı
İnquiry – sorğu
İnspection – təftiş (audit proseduru olaraq)
İntended users – nəzərdə tutulmuş istifadəçilər
İnterim financial information or statements - aralıq maliyyə məlumatları və ya hesabatları
İnternal auditing – daxili audit
İnternal auditor – daxili auditor
İnternal control – daxili nəzarət
İnvestigate – araşdırma
İT environment – İnformasiya Texnologiyaları mühiti
Limited assurance engagement – məhdud əminliyi təmin edən tapşırıq
Limitation on scope – auditin həcminin məhdudlaşdırılması
Listed entity – siyahıya alınmış iqtisadi subyekt
Local Area Network – LAN – Lokal Hesablama Şəbəkəsi
Management – rəhbərlik
Management fraud – rəhbərliklə bağlı dələduzluq
Management representations – rəhbərlik tərəfindən təqdim olunan məlumatlar
Material inconsistency – əhəmiyyətli uyğunsuzluq
Material misstatement of fact – faktın əhəmiyyətli dərəcədə təhrifi
Material weakness – əhəmiyyətli çatışmazlıq
Materiality – əhəmiyyətlilik
Missappropriation of assests-aktivlərin qeyri-qanuni mənimsənilməsi
Misstatement – təhrif
Modified auditor’s report – dəyişdirilmiş auditor hesabatı
Emphasis of matter paragraph(s) – izahedici paraqraf(lar)
Qualified opinion –şərti müsbət rəy
Disclaimer of opinion – rəy verməkdən imtina
Adverse opinion – mənfi rəy
Monitoring – monitorinq (keyfiyyətə nəzarətlə əlaqədar olaraq)
Monitoring of controls – nəzarət vasitələrinin monitorinqi
National practices (auditing) – milli təlimatlar (audit üzrə)
National standards (auditing) –milli standartlar (audit üzrə)
Network firm – şəbəkəyə daxil olan təşkilat
Noncompliance – riayət etməmə
Non-sampling risk – qeyri-seçmə riski
Non-statistical sampling – qeyri-statistik seçmə
Observation – müşahidə
Opening balances – ilkin qalıq
Opinion – rəy
Other auditor – başqa auditor
Other information – sair məlumatlar
Overall audit strategy – auditin ümumi strategiyası
Partner – tərəfdaş
PCs or personal computers (also referred to as microcomputers) – fərdi kompüterlər (həmçinin,
mikrokompüterlər)
Personal – heyət
Planning – planlaşdırma
Population – icmal
Post balance sheet events – hesabat tarixindən sonrakı hadisələr
Practitioner – mütəxəssis-praktik
Predecessor auditor – əvvəlki auditor
Principal auditor – baş auditor
Professional accountant – peşəkar mühasib
Professional accountant in public practice – ictimai-hüquqi praktikada peşəkar mühasib
Professional skepticism – peşəkar şəkkaklıq
Professional standards – peşəkar standartlar
Proqramming controls – proqramlaşdırmaya nəzarət vasitələri
Projection – perspektiv qiymətləndirmə
Proposed auditor – təklif olunan auditor
Prospective financial information – perspektiv maliyyə məlumatları
Public sector – dövlət sektoru
Qualified opinion – şərti müsbət rəy
Quality controls – keyfiyyətə nəzarət vasitələri
Reasonable assurance – kafi əminlik (keyfiyyətə nəzarət kontekstində)
Reasonable assurance engagement – kafi əminliyi təmin edən tapşırıq
Recalculation – yenidən hesablama
Related party – əlaqəli tərəf
Related party transaction – əlaqəli tərəflər arasında sövdələşmə
Related services – əlaqədar xidmətlər
Reperformance – yenidən icra etmə
Review – təhlil (keyfiyyətə nəzarətlə əlaqədar olaraq)
Review engagement – təhlil etmə tapşırığı
Review prosedures – təhlil prosedurları
Risk assessment prosedures – riskin qiymətləndirilməsi prosedurları
Risk of material misstatement – əhəmiyyətli təhrif riski
Sampling riski – seçmə riski
Sampling unit – seçmə elementi
Scope of an audit – auditin həcmi
Scope of a review – təhlilin həcmi
Scope limitation – auditin əhatə dairəsi
Segment information – seqmentlər üzrə məlumatlar
Significance – əhəmiyyət
Significant risk – əhəmiyyətli risk
Small entity – kiçik iqtisadi subyekt
Special purpose auditor’s report – xüsusi məqsədli auditor hesabatı
Staff – işçi ştatı
Statistical sampling – statistik seçmə
Stratification – qruplara bölmə
Subject matter information – müzakirə mövzusu üzrə məlumatlar
Subsequent events – sonrakı hadisələr
Substantive prosedures – mahiyyəti üzrə prosedurlar
Successor auditor – auditor-xələf
Sufficiency – kafilik
Suitable criteria – münasib kriteriyalar
Suitably qualified external person – müvafiq səriştəli kənar şəxs (1 saylı Beynəlxalq keyfiyyətə nəzarət
standartının (ISQC1) məqsədlərinə uyğun olaraq)
Summarized financial statements – icmal maliyyə hesabatları
Supplemantary information – əlavə məlumatlar
Supreme Audit İnstitution – auditor fəaliyyətinin mərkəzi tənzimləmə orqanı
Test – testdən keçirmə
Tests of control – nəzarətlə bağlı həyata keçirilən testlər
Those charged with governance – iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli
şəxslər (qurumlar)
Tolerable error – yol verilən səhv
Total error – ümumi səhv
Transaction logs – əməliyyat jurnalları
Uncertainty – qeyri-müəyyənlik
Understanding of the entity and its environment – iqtisadi subyektin və onun mühitinin dərk edilməsi
Unqualified opinion – şərtsiz müsbət rəy
Walk-through test – hərtərəfli yoxlama
Wide Area Network – qlobal şəbəkə
Working papers – işçi sənədlər

You might also like